Naxçıvanda 63405 hektar sahədə əkin aparılıb
Qeyd olunub ki, 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılıb. Bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.
Qeyd edək ki, muxtar respublikada taxılçılıq strateji əhəmiyyətə malik istiqamət kimi diqqətdə saxlanılıb və 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkilib.
Cari ildə dən üçün qarğıdalı əkini sahəsi 1549 hektar olub ki, bu da 2019-cu illə müqayisədə 545 hektar çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılıb. 3241 hektar sahədə kartof əkini aparılıb.
Həmçinin, 2020-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülüb. Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 45,1 hektar sahədə tütün əkini aparılıb.
Azvision.az
Teqlər: Naxçıvan Kənd-təsərrüfatı