Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər artıb

Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər artıb
  25 İyul 2020    Oxunub:4178
2020-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 5 milyon 598 min 400 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 10,1 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 3,4 faiz çox, yəni 139 milyon 886 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunubdur.

Qeyd edək ki, etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb. Belə ki, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunubdur.

Azvision.az


Teqlər: Naxçıvan   Kənd-təsərrüfatı   Kredit  





Xəbər lenti