Xəzərin suyundan istifadə ediləcək

Xəzərin suyundan istifadə ediləcək
  27 İyul 2020    Oxunub:3133
Azərbaycanda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Sənədə əsasən, bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC və yerli icra hakimiyyəti orqanları cari ilin avqust–oktyabr aylarında yerinə yetirməli olacaq.

Azvision.az


Teqlər: Xəzər   Su  





Xəbər lenti