12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi gözlənilir
Nazirlikdən Azvision.az -a bildirilib ki, qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.
2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu ilin ötən dövründə onlardan artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.
Azvision.az
Teqlər: ƏƏSMN