Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri

Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri
  29 İyul 2020    Oxunub:3365
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 155,5 milyon ABŞ dolları, BƏƏ ilə 20 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 6,3 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 137,4 milyon dollar, BƏƏ-dən 14,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 5,4 milyon dollar təşkil edib. Bu ölkələrlə keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatları azalıb.

Azvision.az


Teqlər: Gömrük   İxrac   İdxal  





Xəbər lenti