ATAA turizm şirkətlərinə müraciət ünvanlayıb
Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.
Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.
Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və "Azərbaycan Hava Yolları" QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflər hazırlayaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib.
O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb.
Rüfət Hacıyev ölkə turizminin inkişafına daim dəstək olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə, eləcə də bu sektorda xüsusi çəkisi olan turizm şirkətlərinə bilet satışında göstərdiyi dəstəyə görə Azərbaycan Hava Yolları QSC nın prezidenti Cahangir Əsgərova Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından təşəkkür edərək turizm sektorunun qısa zamanda yenidən inkişaf etməsi üçün səylərini artıracaqlarını bildirib.
Azvision.az