Elman Rüstəmovdan infilyasiya açıqlaması

 Elman Rüstəmovdan infilyasiya açıqlaması
  30 İyul 2020    Oxunub:3032
“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik infilyasiya hədəf intervalından aşağıda qalıb”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib: “İllik infilyasiya 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0, 9 faiz bahalaşıb”.

E. Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri infilyasiya gözləntilərin azaltmaqda davam etdiyini göstərir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti