Blok olunmuş əmanətlər qaytarılacaq? - AÇIQLAMA

 Blok olunmuş əmanətlər qaytarılacaq? -  AÇIQLAMA
  30 İyul 2020    Oxunub:2601
Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlər ilə bağlı məsələyə baxıb. Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bugünkü bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitiv, yəni vətəndaşların xeyrinə qərar gözləyirlər.
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat vətəndaşların xeyrinə qərarın qəbul ediləcəyinə ümid edir:

"Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi məbləğ kifayət qədər böyükdür. Mərkəzi Bankın açıqlamasında diqqəti çəkən iki mühüm məqam var. Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu, o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən bankların olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqlarının qorunması baxımından təqdirəlayiqdir".

Xatırladaq ki, "NBC Bank", "AG Bank" və ATA Bank qadağan olunsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra həmin pullar blok edilib.

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti