238 milyon manatın hara xərclənəcəyi məlum oldu
Onun sözlərinə görə, bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub:
“2020-ci ilin 6 ayının göstəricilərinə əsasən, yaşa görə pensiyanın məbləği 307, ailə başçısını itirməyə görə 308 manata çatıb. MDB ölkələri ilə müqayisədə ölkəmiz pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib”.
S.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4784,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır:
“Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub”.
Nazir, həmçinin əlavə edib ki, dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla dövlət büdcəsindən Fonda ayrılan transferin məbləği 238,0 milyon manat azaldılır: “Bu vəsait dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Sahil-Babayev Nazir