Gəmiçilik dezinfeksiya işlərini davam etdirir

Gəmiçilik dezinfeksiya işlərini davam etdirir
  06 Avqust 2020    Oxunub:2857
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan Azvision.az -a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Həsən Əliyev”, “Cəlil Məmmədquluzadə”, “Qarabağ”, “Mikayıl Müşfiq”, “Cənub-19”, “Orion-3”, “Hövsan-5”, “Alı Mustafayev”, “Atlet-5”, “İslam Kərimov”, “Cəmil Niftəliyev”, “Cənub-21”, “Abşeron-18”, “Abşeron-21”, “Qaradağ-8”, “Orion-17”, “Zərdab-3”, “Abşeronskaya-6”, “MPK-460”, “Andoqa” gəmilərində və 639 saylı üzən emalatxana aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Azvision.az


Teqlər: Gəmiçilik  





Xəbər lenti