Sahibkarlara dəstək üçün əlavə 100 milyon ayrıldı
Komitə sədri qeyd edib ki, dövlət büdcəsində sahibkarlığa dəstək üçün əlavə 100 milyon manat nəzərdə tutulub.
“Nazirlər Kabinetinin dünən verdiyi qərarla Azərbaycanda pandemiya dövründə zərər çəkən və təsirlərə məruz qalan sahibkarların dövlət tərəfindən dəstəyi əlavə bir ay uzadılıb. Bu, həmin sahibkarların muzdla çalışanların əhəmiyyətli hissəsinin, fərdi sahibkarların isə böyük bir hissəsinə dövlət tərəfindən yardımların davam etməsi deməkdir. Xüsusilə qeyd edim ki, bu ilin 1 iyul tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə, 105,6 min fərdi sahibkara isə dövlət bütövlükdə 170 milyon manatdan çox vəsait ödəyib”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis