“Manatın taleyinə aydınlıq gətirmək lazımdır” - Vahid Əhmədov
Deputat bildirib ki, proses belə davam eləsə, ilin ikinci yarısında ciddi problemlə üzləşəcəyik.
"Operativ Qərargah yenidən baxmalıdır. Hansı sahələri işlətmək mümkündürsə, onların işini bərpa etmək lazımdır. Biz insanları uzun müddət işsiz saxalaya bilmərik. Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Bəzi müəssisələrin işləməsinə ehtiyac var və bunu tezliklə həll etməliyik".
V.Əhmədov qeyd edib ki, manatın taleyinə də aydınlıq gətirmək lazımdır: "Neftin qiyməti aşağı düşürsə, iqtisadiyyatın böhran dövründə manatın taleyi necə olacaq?".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Manat Deputat