Naxçıvan məhsulları 10-dan çox ölkəyə satılır

Naxçıvan məhsulları 10-dan çox ölkəyə satılır
  07 Avqust 2020    Oxunub:3491
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixracının təkmilləşdirilməsinə, sahibkarlara yerli ixrac imkanlarından daha səmərəli istifadəyə şərait yaradıb.
Azvision.az xəbər verir ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil edib. Bunun da 68,3 faizi sənaye məhsullarının payına düşüb.

Muxtar respublikada ixrac sahəsində əldə olunan nailiyyətlərin davamı olaraq bu ilin iyun-iyul aylarında İqtisadiyyat Nazirliyi tərəfindən iyun-iyul aylarında onlayn formatda keçirilən 2 beynəlxalq əhəmiyyətli sərgi və konfransda bir ailə təsərrüfatçısının və 3 sahibkarlıq subyektinin nümayəndələrinin iştirakı təmin olunub.

Həmçinin bu ilin iyun-iyul aylarında travertin, mebel, siyanit mərmər, vafli, “Badamlı” və “Sirab” mineral sularının Oman Sultanlığı, Gürcüstan, Yəmən, Əfqanıstan kimi ölkələrə ixrac olunması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 25 halda mənşə sertifikatı verilib.

Qeyd edək ki, muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac edilir. Bu da onu deməyə əsas verir ki, Naxçıvanda yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır.

Azvision.az


Teqlər: Naxçıvan   İxrac  





Xəbər lenti