Vergi ödəyicilərinə 161 milyon manatdan çox yardım edilib
İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,19 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,59 mln. manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 856 vergi ödəyicisinə 215 689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,03 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118 708 vergi ödəyicisindən müraciət daxil olub, 111 209 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 mln. manat təşkil edir. Avqustun 6-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,55 mln. manat vəsaitin 106 907 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Göründüyü kimi, avqustun 6-na pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 161 590,9 min manat məbləğində maliyyə dəstəyi göstərilib.
Azvision.az
Teqlər: Pandemiya Vergi Ödəyici