SOCAR rəhbərliyi Prezidentin çıxışından irəli gələn vəzifələri müzakirə etdi

SOCAR rəhbərliyi Prezidentin çıxışından irəli gələn vəzifələri müzakirə etdi
  07 Avqust 2020    Oxunub:3315
Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər şurasının iclası keçirilib.
SOCAR-dan Azvision.az -a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il tarixində Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri və o cümlədən, SOCAR barədə səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilib, qlobal və regional əhəmiyyətli bir çox meqa-layihələri həyata keçirməyə nail olub. Hazırkı dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və koorparativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiyamız bundan sonra daha da sürətlənməsi, əməliyyat və investisiya layihələrinin gəlirliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.

Məlumatda qeyd olunub ki, hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır.

Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarə etmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır. Bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatlarımızın çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir.

SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi, cənab Prezidentin haqlı iradlarını əsas götürərək, atdığı addımları daha da sürətləndirmək əzmindədir.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti