“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

 “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
  07 Avqust 2020    Oxunub:3098
Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan mübarizə tədbirləri çərçivəsində “Nar” fiziki məhdudiyyətli insanları diqqətdən kənarda saxlamayıb.
Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində mobil operator eşitmə və nitq məhdudiyyətli insanlara dəstək olub. Belə ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan şəxsləri koronavirusdan qorumaq məqsədilə maska və dezinfeksiyaedici vasitələrlə təmin edib. “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-dək eşitmə və nitq məhdudiyyətli şəxsə qoruyucu vasitələr paylanıb.



“Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə fəal iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Azvision.az


Teqlər: Nar  





Xəbər lenti