Baş Nazir BP qrupun rəhbəri ilə telefonla danışdı

Baş Nazir BP qrupun rəhbəri ilə telefonla danışdı
  11 Avqust 2020    Oxunub:3871
Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azvision.az



Teqlər: Baş-Nazir   BP  





Xəbər lenti