Bu il daha 4 müavinətin təyinatı elektronlaşdırılacaq
Bildirilib ki, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb. Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir.
Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.
Azvision.az
Teqlər: ƏƏSMN