Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir
  12 Avqust 2020    Oxunub:2240
2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisi tərəfindən “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbzin alınmaması faktları aşkar edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti