Paytaxtın pərakəndə ticarət dövriyyəsi azalıb
Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 50,4 faiz təşkil edib. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Azvision.az
Teqlər: Statistika