Sahibkarlara dəstəyin ikinci mərhələsinə start verilib

 Sahibkarlara dəstəyin ikinci mərhələsinə start verilib
  15 Avqust 2020    Oxunub:6001
“İyul ayının 3-dən İqtisadiyyat Nazirliyi tərəfindən 14 509 sayda nəzarət tədbiri keçirilib, 1708 tədbir üzrə pozuntu halı aşkar edilib”.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu isə ümumi yoxlamanın 11,8%-ni təşkil edir. Burada müsbət tendensiya müşahidə olunur. Məsələn, ilk iki həftədə 25-30%-də pozuntu aşkarlanırdısa, indi 11,8%-ə edib”, -deyə qurum rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, fərdi mikrosahibkarlara birbaşa dəstəyin göstərilməsi, pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsinin birinci mərhələsi başa çatıb.

"Artıq ikinci mərhələyə start verilib. 44 329 fərdi mikrosahibkara dəstək göstərilib. Muzdlu işçilərə dəstək verilməsi üçün artıq siyahılar müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilib".

Azvision.az


Teqlər: Vergi   Sahibkar  





Xəbər lenti