Bu il ən çox idxal əməliyyatları fevralda aparılıb

Bu il ən çox idxal əməliyyatları fevralda aparılıb
  15 Avqust 2020    Oxunub:3677
Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 1 milyard 66,7 milyon ABŞ dolları, yanvarda isə 721 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 7 ayında ölkədə idxalın dəyəri 5 milyard 900,7 milyon dollar olub.

Azvision.az


Teqlər: İdxal   Statistika  





Xəbər lenti