Cənub bölgəsində aqroturizmin inkişafına dəstək veriləcək

Cənub bölgəsində aqroturizmin inkişafına dəstək veriləcək
  17 Avqust 2020    Oxunub:2874
Avropa İttifaqının yardımı ilə iki illik layihəyə start verilib.
Azvision.az xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində iki il müddətində həyata keçiriləcək “AqroViziya” layihəsinin icrasna başlayıb.

Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm-ekoturizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Bu layihə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi-ekoloji dayanıqlığı özündə birləşdirən turizmin müəyyən növlərini inkişaf etdirməyə yönəlmişdir. Layihənin vəzifələrinə aşağıdakılar daxildir:

- yerli, regional və milli səviyyədə dövlət və özəl aqrar turizm/ekoturizm tərəfdaşları arasında əməkdaşlığı inkişaf etdirmək və Azərbaycanda bu sektorun inkişafına strateji və birgə yanaşmanı təşviq etmək;
- dövlət və özəl aqrar turizm/ekoturizmlə əlaqəli maraqlı tərəflərin və biznes məsləhət xidmətləri təminatçılarının potensialını gücləndirmək;
- Kiçik və orta təsərrüfatların ehtiyaclarına uyğun təlimlər, təhsil turları vasitəsi ilə bilik və bacarıqlarının artırılması, biznes strategiyalarının hazırlanması;
- investisiya dəstəyi və istehlakçıların məlumatlandırılması ilə Azərbaycanın cənub regionunda aqrar turizm / ekoturizm bölgələrinin ölkə daxilində və xarici auditoriya üçün görünümlüyü və çatımlılığını artırmaq.

Avrasiya Əməkdaşlıq Fondu bu təklifi biznes və kənd təsərrüfatının inkişafı üzrə yerli mütəxəssislərlə məsləhətləşmələr şəraitində hazırlamışdır. Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək. Layihədən əsasən Lənkəran iqtisadi rayonunda yerləşən, kənd təsərrüfatı və turizm fəaliyyətini uğurla birləşdirmək üçün dəstək alan kiçik və orta təsərrüfatlar faydalanacaq. Layihə fəaliyyətlərinin sonunda Lənkəran iqtisadi bölgəsində 10 ədəd aqro-turizm məkanlarının yaradılması və fəaliyyət göstərməsi planlaşdırılır.

Azvision.az


Teqlər:   Layihə   Turizm  





Xəbər lenti