Əmanətlərin 46 faizi milli valyutada qoyulub

Əmanətlərin 46 faizi milli valyutada qoyulub
  17 Avqust 2020    Oxunub:3325
Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayı ərzində 45,1 milyon manat artaraq 7 milyard 706,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, əmanətlərin 54 faizi xarici, 46 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz, xarici valyutada əmanətlər isə 15,7 faiz azalıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,94 (1,88) manata, 100 rus rubluna 2,38 (2,45) manata bərabər olub.

Azvision.az


Teqlər: Manat   Əmanət   Statistika  





Xəbər lenti