Valyuta hərracında dollara tələb azaldı

Valyuta hərracında dollara tələb azaldı
  18 Avqust 2020    Oxunub:2275
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a verilən məlumata görə, hərracda tələb 58,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,7% və ya 0,4 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az


Teqlər: Hərrac   Dollar  





Xəbər lenti