“Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Səfir
Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirib.
Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə edib. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirib.
Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğulayıb.
Azvision.az
Teqlər: Özbəkistan Azərbaycan Qarabağ