“Cənub Qaz Dəhlizi geosiyasi baxımdan unikaldır” - ABŞ səfiri
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi bir sıra dövlətlərin suverenliyi və müstəqilliyi üçün strateji mahiyyət təşkil edir, habelə müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu layihə Rusiyanın xaricində hasil olunan qazın şərqdən qərbə ixracını reallaşdıran ilk layihədir. Layihənin tamamlanması Azərbaycanın həm enerji təchizatçısı, həm də Avropada enerji təhlükəsizliyinin təminatçısı kimi irəliləməsinə imkan yaradacaq.
“Cənub Qaz Dəhlizinin tamamlanması demək olar ki, başa çatır və biz artıq bu layihənin genişləndirilməsinə, yəni Xəzər hövzəsinin digər qaz ehtiyatlarının ixracına yol açan imkanlar barədə düşünməliyik”, - deyə səfir vurğulayıb.
Azvision.az