Neft Fondu avqustda valyuta satışını azaldıb

Neft Fondu avqustda valyuta satışını azaldıb
  01 Sentyabr 2020    Oxunub:1764
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin avqust ayı ərzində 478 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, avqustda valyuta satışında iyul ayı ilə müqayisədə 7,3% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayı ərzində ARDNF tərəfindən 515,5 mln. dollar məbləğində vəsait satılıb.

Bildirək ki, bu ilin yanvar-avqust aylarında ARDNF tərəfindən 5 003,7 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 28,5% çoxdur.

Azvision.az


Teqlər: ARDNF   Dollar  





Xəbər lenti