Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi

Naxçıvan gömrüyündə saxlanılan mallar orduya verildi
  05 Sentyabr 2020    Oxunub:3566
Muxtar Respublikada xalq-ordu birliyi daim diqqətdə saxlanılır, dövlət orqanları bu birliyin möhkəmlənməsinə töhfə verirlər.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 58 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.

Belə ki, 935 kiloqram yuyucu toz, 173 kiloqram təmizləyici vasitə, 207 ədəd təmizləyici sprey və tablet, 76 ədəd şampun, 45 ədəd duş jeli, 232 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 144 kiloqram noxud ləpəsi, 55 kiloqram qida məhsulu, 50 kiloqram kərə yağı, 20 kiloqram düyü, 20 kiloqram şəkər tozu, 17 kiloqram duz, 16 kiloqram qənd, 391 ədəd közərmə lampası, 60 kiloqram boya, 42 ədəd avtomobil şini, 15 kiloqram parça, 13 ədəd qaz cihazı, 6 adda 14 ədəd digər mallar “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 470 kiloqram yuyucu toz, 85 kiloqram təmizləyici vasitə, 98 ədəd təmizləyici sprey və tablet, 38 ədəd şampun, 22 ədəd duş jeli, 116 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 72 kiloqram noxud ləpəsi, 25 kiloqram kərə yağı, 25 kiloqram qida məhsulu, 12 kiloqram düyü, 10 kiloqram şəkər tozu, 8 kiloqram qənd, 8 kiloqram duz, 28 kiloqram boya, 6 ədəd qaz cihazı,1 ədəd duxovka, 200 kiloqram buğda və digər mallardan ibarət olub.

Qeyd edək ki, 146 kiloqram yuyucu toz, 28 kiloqram təmizləyici vasitə, 39 ədəd təmizləyici sprey və tablet, 13 ədəd şampun, 8 ədəd duş jeli, 39 şüşə alma sirkəsi və keçibuynuzu bəkməzi, 30 kiloqram kartof, 24 kiloqram noxud ləpəsi, 11 kiloqram kərə yağı, 13 kiloqram qida məhsulu, 13 kiloqram boya, 3 ədəd qaz cihazı və digər mallar Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına, 1 ədəd dron isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Naxçıvan   Gömrük  





Xəbər lenti