“BirKart”la dərs ilinə hazırlaşın və noutbuk qazanın
Qaliblər qeyd olunan aralıqlar üzrə müəyyən olunacaq: 10 sentyabr – 17 sentyabr, 18 sentyabr – 24 sentyabr, 25 sentyabr – 1 oktyabr və 2 – 8 oktyabr. Kampaniya çərçivəsində ümumilikdə 40 noutbuk sahiblinə çatacaq. Qalib gəlmiş bir müştəri ikinci dəfə qalib ola bilməz.
Qeyd edək ki, “BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və “Umico”. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, 196 Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.
Azvision.az
Teqlər: Kapital-Bank