357 obyektdə epidemiya əleyhinə rejim pozuldu

357 obyektdə epidemiya əleyhinə rejim pozuldu
  15 Sentyabr 2020    Oxunub:3115
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.
Azvision.az xəbər verir ki, Nazirliyin sentyabrın 11-dən 13-dək keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda “Ecaz mağaza”da, "Kids uşaq salonu”nda, “Watson pub”da, Nəsimi rayonunda “Oba market”də, “N2 market”də, “Sakura çay klubu”nda, “Şəki kafesi”ndə, Xətai rayonunda “Neptun market”də, “Real-S supermarket”ində, "Rafo kafe”də, “Two beer”, “Bakü barbekü” iaşə obyektlərində, Binəqədi rayonunda “Kalva market”də, “Madeyra mebel salonu”nda, "Yeni məkan kafe”də, “Quzey kafe”də, “Kişmiş restoranı”nda, "Garden kafe”də, "Şah dağ kafe”də, "Xudafərin ailəvi restoran”da, Suraxanı rayonunda “24 saat market”də, “Al market”də, “Altay kafe”də, “Ala turka dönər”də, Sabunçu rayonunda “Fərid market”də, “Tbilisi restoranı”nda, Afat Tanrıverdiyevə, Gündüz İbrahimova məxsus mağazalarda, Nizami rayonunda “Eyfel Qrup mebel mağazası”nda, “Elmir market”də, “Araz market”də, “Esel Parfum mağazası”nda, “Moskva kafe”də, “Qarabağ kafesi”ndə, Yasamal rayonunda “Başkent şirniyyat”, “Ada mobilya” mağazalarnda, “Lankon market”də, “Zeytun market”də, “Senyor Mansimo restoran”da, “Quzu qabırğası restoranı”nda, Səbail rayonunda “Starmart” mağazasında, “Champion shaurma”da, “Damask kafe restoran”da, “Beş beş şərab evi”ndə, Qaradağ rayonunda “Aptek flora-SF”də, Vaqif Alışova, Şahmar Seyidəliyevə məxsus mağazalarda, Xəzər rayonunda “Xəzər market”də, “EM&EL qarışıq mallar mağazası”nda, “Şam bağı restoranı”nda, Fatma Əliyevaya, Rüfət Məlikova məxsus geyim mağazalarında, Sumqayıt şəhərində “Vizyon geyim mağazası”nda, “Buta qadın geyimləri mağazası”nda, “Nur inşaat” mağazasında, “Əli-94 market”də, “Super max mağazası”nda, “Yelkən kafesi”ndə, “Qala kafe”də, “Nərgiz kafesi”ndə, Abşeron rayonunda “Ucuz market”də, “Turşsu kafesi”ndə, Məhəbbət Verdiyevə, İlqar Hacıyevə, İlham Əsgərova məxsus daş karxanalarında, ümumilikdə, 357 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Nazirlik   Yoxlama  





Xəbər lenti