Ermənilərin atəşə tutduğu kəndin enerji xətləri yenidən qurulur
Bununla belə, “Azərişıq” ASC-nin ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq Ağdam kəndində mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymadı.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq” ASC rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidənqurma işlərinə start verib.
Azvision.az
Teqlər: Azərişıq