Göyçay sakinindən silah-sursat götürülüb

Göyçay sakinindən silah-sursat götürülüb
  15 Mart 2021    Oxunub:1851
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Nəcəfovda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, ondan nömrəsi silinən “Makarov” markalı tapança, 3 patron və 1 patron darağı götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: Silah  





Xəbər lenti