Naxçıvanda vaksinasiya davam etdirilir

Naxçıvanda vaksinasiya davam etdirilir
  17 Mart 2021    Oxunub:2159
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin vaksinasiya prosesinə başlanılıb.
Azvision.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzdə xüsusi peyvənd məntəqəsi yaradılaraq zəruri avadanlıqlarla təchiz olunub. İlk mərhələdə yaşı 50-dən yuxarı olan pedaqoji və texniki heyət təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksininə cəlb edib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi heyət tərəfindən həyata keçirilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Naxçıvan Hərbi Hospitalında da yaşı 50-dən yuxarı olan 167 nəfər tibbi və mülki heyət COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya cəlb edilib. Vaksinasiya prosesi Heydər Əliyev adına Hərbi Liseydə də davam etdirilib. Liseyin yaşı 50-dən yuxarı olan 139 nəfər təhsil və mülki heyəti peyvənd edilib.



Bundan başqa gün ərzində akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında da peyvəndləmə prosesi davam etdirilib. Burada yaşı 50 və daha yuxarı olan vətəndaşlar könüllü olaraq ikinci doza peyvənd alıblar.

Həftə ərzində Şahbuzda start götürməklə muxtar respublikanın bütün rayonlarında da yaşı 50 və daha yuxarı olan vətəndaşlar “Sinovac” vaksininə cəlb ediləcəklər.

Azvision.az


Teqlər: Naxçıvan   Peyvənd  





Xəbər lenti