Balakəndə ad günü keçirənlər cərimələndi

Balakəndə ad günü keçirənlər cərimələndi
  17 Mart 2021    Oxunub:2284
Balakəndə xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, martın 16-sı axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafedə oranı icarə əsasında işlədən, Hənifə kənd sakini Dilbər Mustafayevanın özünə doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub.

Polislər tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib, D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Azvision.az


Teqlər: DİN   Kafe  





Xəbər lenti