DMX Yevlax və Ağsuda səyyar xidmət təşkil edib

DMX Yevlax və Ağsuda səyyar xidmət təşkil edib
  17 Mart 2021    Oxunub:1095
Dövlət Miqrasiya Xidmətinin (DMX) Yevlax regional miqrasiya idarəsinin əməkdaşları səhhətindəki çətinlikləri nəzərə alaraq, Yevlax şəhərində yaşayan Ukrayna vətəndaşı Gülqız Salmanovaya evində səyyar xidmət göstəriblər. Ondan “Azərbaycan Respublikası vətəndaşlığına qəbul”la bağlı sənədlər götürülüb.
DMX-dən Azvision.az -a verilən məlumata görə, daha bir səyyar xidmət Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir rayonunda keçirilib. Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları Belarus vətəndaşı Gülşad Həşimovaya daimi yaşamaq üçün icazə vəsiqəsini, Şilyan kənd sakini Rusiya vətəndaşı Şücayət Abdurrahmanovaya isə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarı təqdim ediblər.

Azvision.az


Teqlər: DMX   Səyyar   Xidmət   Ağsu   Yevlax  





Xəbər lenti