“AstraZeneca” peyvəndi qanda laxtalanmaya səbəb olur?

 “AstraZeneca” peyvəndi qanda laxtalanmaya səbəb olur?
  17 Mart 2021    Oxunub:3062
“AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması ilə bağlı araşdırmalar aparılır. Bunun birmənalı olaraq peyvəndlə bağlı olub-olmamasını demək çətindir. Bu, yalnız müvafiq araşdırmalardan sonra bəlli olacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, bəzi ölkələr özlərini sığortalayaraq peyvəndin vurulmasını dayandırıblar: “Lakin bəzi ölkələr bu peyvəndi vurdurmağa davam edir. Məsələn, qonşu Gürcüstanda vətəndaşlara “AstraZeneca” peyvəndi vurulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: AstraZeneca   Peyvənd   Həkim  





Xəbər lenti