İki nəfərdən tüfəng götürüldü

İki nəfərdən tüfəng götürüldü
  26 Mart 2021    Oxunub:1838
Kürdəmir və İsmayıllı sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ərəbxana kənd sakini M. Şabanovun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı nömrəsi silinmiş ov tüfəngi aşkarlanıb götürülüb.

Həmçinin, İsmayıllı rayonunun Qalacıq kənd sakini N. Hacıyev 1 ədəd müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Azvision.az


Teqlər: Kürdəmir   İsmayıllı   Tüfəng  





Xəbər lenti