“Milliön”dən pul oğurlayanlar saxlanılıb

“Milliön”dən pul oğurlayanlar saxlanılıb
  26 Mart 2021    Oxunub:2435
Bakıda “MilliÖN”dən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş H. Quluzadənin ətrafında DİN Baş Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayon sakini H. Əsgərzadə ilə birgə M. Ə. Rəsulzadə qəsəbəsi ərazisindəki “MilliÖN” ödəmə terminalının kassasından 1 877 manat pul oğurlaması müəyyən edilib.

Görülmüş tədbirlərlə H.Əsgərzadə saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq   DİN  





Xəbər lenti