Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı

Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı
  11 Aprel 2021    Oxunub:4000
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: DİN   Nişan   Polis  





Xəbər lenti