Şamaxıda toy edənlər məsuliyyətə cəlb edilib

Şamaxıda toy edənlər məsuliyyətə cəlb edilib
  12 Aprel 2021    Oxunub:1509
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb.

Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Şamaxı  





Xəbər lenti