Gənc oğlanı qatarın vurması ilə bağlı cinayət işi açıldı

   Gənc oğlanı qatarın vurması ilə bağlı cinayət işi açıldı
  17 Aprel 2021    Oxunub:2372
Aprelin 16-da saat 08 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Ələsgərov Pərvin Nizami oğlunun qatar vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Bakı Lokomotiv Deposuna məxsus elektrik qatarı Nərimanov rayonu ərazisində dəmiryolu xəttini keçmək istəyən piyada Pərvin Ələsgərovu vurmuş, nəticədə sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: Nərimanov   Qatar   Ölüm  





Xəbər lenti