BDU-nun 250-dək əməkdaşı peyvənd olundu - FOTO

BDU-nun 250-dək əməkdaşı peyvənd olundu -    FOTO
  17 Aprel 2021    Oxunub:2815
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası uğurla davam edir. İki gün ərzində 250-dək əməkdaş peyvənd olunub.
BDU-dan Azvision.az -a verilən məlumata görə, universitetin əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.



BDU-nun müraciətini nəzərə alaraq Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.



Azvision.az


Teqlər: BDU   Əməkdaş   Vaksinasiya  





Xəbər lenti