Azərbaycanda gündəlik yoluxma mindən aşağı düşdü

   Azərbaycanda gündəlik yoluxma mindən aşağı düşdü
  19 Aprel 2021    Oxunub:2673
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 301661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib, aktiv xəstə sayı 31953 nəfərdir.

Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti