Aktyor və qardaşı koronavirusdan vəfat etdi

 Aktyor və qardaşı koronavirusdan vəfat etdi
  21 Aprel 2021    Oxunub:3843
Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib.
Bu barədə Azvision.az -a teatrdan məlumat verilib. Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.

Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Teatr   Koronavirus  





Xəbər lenti