YAŞAT: İndiyədək 59 şəhid övladı üçün 5 minlik hesab açılıb

      YAŞAT:    İndiyədək 59 şəhid övladı üçün 5 minlik hesab açılıb
  23 Aprel 2021    Oxunub:2739
Vətən Müharibəsinin başladığı 27 sentyabr tarixindən bu günə qədər dünyaya gələn 59 şəhid övladının hər birinin adına 5 min manatlıq bank hesabı açılıb.

Azvision.az xəbər verir ki, şəhid övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu məqsədlə hər anaya 1000 AZN təqdim olunub və körpələrin adına 5000 AZN-lik hesab açılıb. Hesablara vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülüb. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və şəhid övladları 18 yaşına çatdıqdan sonra yığılan vəsaiti özü hesabından çıxara biləcək.

Bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda vəsaiti hesabdan daha tez çıxarmaq mümkündür. Həmçinin ana vəsaiti istənilən valyutaya da dəyişə bilər.

Qeyd edək ki, ötən il sentyabrın 27-də başlayan Vətən Müharibəsi noyabrın 10-da Azərbaycanın qələbəsi ilə yekunlaşıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond   Şəhid-övladı   Bank   Hesab  





Xəbər lenti