Tikinti şirkəti 8000 manat cərimələndi

Tikinti şirkəti 8000 manat cərimələndi
  24 Aprel 2021    Oxunub:2399
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçirilir.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 23-də Səbail rayonu ərazisində keçirilən növbəti belə tədbir zamanı Badamdar qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə “Yüksək-İnşaat” tikinti şirkəti barəsində 8.000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Şirkət   Cərimə  





Xəbər lenti