Qanunsuz balıq ovlayan şəxslər tutuldu

Qanunsuz balıq ovlayan şəxslər tutuldu
  26 Aprel 2021    Oxunub:2159
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz üsulla balıq ovlayan şəxslərin oğurluq etdikləri də müəyyən edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayonun Qarabağ su kanalının Qaraağacı kəndindən keçən hissəsindən elektrik cərəyanından istifadə edərək baqlıqların kütləvi məhvinə səbəb olan şəxslər saxlanılıb.



Araşdırmalarla onların Ağdam rayon sakinləri Sadiq Süleymanov və əvəllər məhkum edilmiş Vüsal Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə Qaraağacı kənd sakininə məxsus iribuynuzlu heyvan oğurladıqları da aşkar olunub.

Faktlarla bağlı Bərdə RPŞ-də istintaq aparılır.

Azvision.az


Teqlər: Bərdə   Balıq   Ov   DİN  





Xəbər lenti