Axşama doğru külək səngiyəcək

Axşama doğru külək səngiyəcək
  27 Aprel 2021    Oxunub:3579
Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu gün paytaxtda müşahidə olunan küləkli hava şəraitini şərh edərkən bildirib.

O qeyd edib ki, Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub:

"Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin 20- 27 m/s-dək güclənməsi müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrdir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq”.

Xidmət rəsmisinin sözlərinə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında 8-13 m/s, arabir 15-18 m/s şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.

Azvision.az



Teqlər: Hava   Külək  





Xəbər lenti