"Avtobus təyyarə deyil" - Vüsal Kərimli
O bildirib ki, bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti yarada bilməyiblər:
"Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus təyyarə deyil. Sərnişinlərin narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə, sıxlıqlar yaşanır".
V.Kərimli dar küçələrdə xüsusi zolaqların yaradılması məsələsinə də toxunub. O qeyd edib ki, dünya şəhərlərində əksər dar küçələrdə avtobus zolaqları salınıb.
"Xüsusi zolaqla sərnişinlərin səyahət etməsi zamanı sərnişin sıxlığı azalır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırır".
Aytən Zəhra
Azvision.az